Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fayl anbarı “iPhone” və “iPad” qurğularının sahibləri üçün əlçatan olub
Faylların saxlanılması üçün nəzərdə tutulmuş "Google Drive" adlı "bulud" xidməti "iOS" platforması ilə işləyən qurğular (iPhone smartfonları, iPad planşetləri və iPod Touch pleyerləri) üçün əlçatan olub. Bu barədə "Google"-un nümayəndələri "I/O" konfransında bildirib.
"ICTnews.az" elektron xəbər xidməti "ria.ru" saytına istinadən bildirir ki, "Google Drive" xidmətinin "IOS" platforması üçün nəzərdə tutulmuş funksionalı istifadəçilərə fayllara baxmağa, onların adlarını dəyişdirməyə imkan yaradır. Həmçinin sənədlərə oflayn rejimdə baxmaq imkanı yaradılıb.
Məlumat üçün bildirək ki, "Google Drive" xidməti 2012-ci il aprelin sonunda istifadəyə verilib. Xidmətdən həm brauzer, həm də "Windows", "Mac OS X", "Android" və "iOS" platformaları üçün nəzərdə tutulmuş tətbiqlər vasitəsilə istifadə etmək mümkündür.
İstifadəçi "Google Drive" xidmətinə pulsuz olaraq 5 qiqabayta qədər fayl yükləyə və onlara istənilən qurğusundan giriş əldə bilər. Həmçinin pullu tariflər mövcuddur.
EMİL
30/06/12 Çap et