Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

35 dollarlıq kompyuter üçün hazırlanmış təlimatın qiyməti 14 dollardır


Kiçik ölçülü ”Raspberry Pi” kompyuterinin yaradıcısı Eben Aptonun   jurnalist Haret Halfakri ilə şərikli müəlliflikdə tərtib etdikləri  "İstifadəçi təlimatı" kitabı 14 dollar qiymətinə satışa çıxarılacaq.

Təlimatda “Raspberry Pi” kompyuteri ilə işləmək üçün nəyin lazım olduğu, “Linux” əməliyyat sistemi ilə işin əsasları, əməliyyat sisteminin “SD” yaddaş kartından yüklənməsi və s. kimi məlumatlar yer alıb.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, kitabda ətraflı məlumat təqdim edilib.

Məlumat üçün bildirək ki, kompyuterin eni və uzunluğu kredit kartı boydadır. “Raspberry Pi” kompyuteri 700 MHs takt tezliyində işləyən “ARM” prosessoru, “SD” yaddaş kartı, “microUSB” və “HDMI” portları, “Wi-Fi” modulu, 256 MB əməli yaddaş, “Ethernet” və 2 ədəd “USB” portu ilə təchiz edilib. “Linux” əməliyyat sistemi quraşdırılıb.

EMİL





02/07/12    Çap et