Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində rüsumların elektron ödənilməsi sisteminin tətbiqinə başlanılıb
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar avtomatlaşdırılmış elektron xidmətlər sistemi yaradılıb və "Elektron hökumət" portalına inteqrasiya edilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komitənin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq, rüsumların real vaxt rejimində elektron formada ödənilməsi, eləcə də aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyi təmin edilib.
CAHANGİR
02/07/12 Çap et