Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb
Azərbaycanda 2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb.
Ümumilikdə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir.
Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Bakı məktəblərindəki vakant yerlərin 237-si Azərbaycan, 56-sı rus bölməsi üzrədir. Bölgələrdəki vakant yerlərin isə 2886-sı Azərbaycan, 91-i rus bölməsinin payına düşür.
Bakı şəhəri üzrə daha çox fiziki tərbiyə müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 45-dir. Sonrakı yerlər isə ibtidai sinif müəllimliyi (39), ingilis dili (37), informatika (25), riyaziyyat (23), coğrafiya (21), gənclərin çağırışaqədərki hazırlığı (20) və digər fənlər üzrədir.
Azərbaycanın bölgələrində isə daha çox coğrafiya müəlliminə ehtiyac var. Bu fənn üzrə vakant yerlərin sayı 407-dir. Sonrakı yerləri kimya (373), biologiya (341), Azərbaycan dili və ədəbiyyatı (326), fizika (281), riyaziyyat (248), tarix (243), ingilis dili (210), informatika (156), ibtidai sinif müəllimliyi (104) və digər fənlər tutur.
Müsabiqədə iştirak etmək üçün elektron ərizələrin doldurulması iyulun 15-dək davam edəcək.
02/07/12 Çap et