Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yerli internet provayder daxili işlər orqanları əməkdaşları üçün endirim kampaniyası keçirir
Simsiz genişzolaqlı internet provayderi “Sazz 4G” 2 iyul daxili işlər orqanları əməkdaşlarının peşə bayramı münasibətilə polis işçiləri və daxili qoşunlar əməkdaşları üçün xüsusi endirim kampaniyası keçirir. Kampaniya çərçivəsində “Sazz 4G” abunəçisi olmaq istəyən bütün daxili işlər orqanları əməkdaşlarına “Sazz USB” modem 50 faiz endirimlə veriləcək.
Endirim kampaniyası 2 və 3 iyul tarixlərində keçiriləcək. Kampaniya iştirakçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 AZN) ödəmək tələb olunur. Kampaniyadan faydalanmaq istəyən polis işçiləri istənilən “Sazz 4G” satış nöqtəsinə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xidməti vəsiqəni təqdim etməlidirlər.
Azərbaycanda “WiMAX” texnologiyası əsasında fəaliyyət göstərən ən böyük simsiz genişzolaqlı internet provayderi “SAZZ 4G” 2010-cu ildə “AzQtel” şirkəti tərəfindən qurulub. “SAZZ 4G” internet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.
Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən “Sazz internet” 2012-ci ilin sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.
02/07/12 Çap et