Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” yeni oyun şirkəti satın alır


“Sony” korporasiyasının videooyun sahəsi ilə məşğul olan filialı  “Sony Computer Entertainment” (SCE) şirkəti 380 milyon dollar qiymətinə Amerikanın “Gaikai” oyun şirkətini satın alır.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, “Gaikai” şirkəti kompyuter oyunlarının mobil qurğular  daxil olmaqla, müxtəlif qurğularda icra edilməsi üçün platforma yaradıb. Bu halda resursa tələbatlı bütün əməliyyatlar şirkətin serverlərində emal edilir.Məlumat üçün bildirək ki, “Gaikai” şirkəti 2008-ci ildə yaradılıb, ofisi Kaliforniya ştatında yerləşir.







EMİL





02/07/12    Çap et