Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar daha çox hansı məqsədlər üçün istifadə olunur?
Keçirilmiş tədqiqata əsasən, smartfonları zəng etmək və SMS mesaj göndərmək üçün satın almırlar.
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, tədqiqat “O2” adlı rabitə operatoru tərəfindən aparılıb və nəticələrinə əsasən, müasir smartfonların orta statistik sahibi smartfonuna hər gün 2 saatdan çox vaxt sərf edir: veb-sörfinqə 25 dəqiqə, sosial mediaya 17,5 dəqiqə, musiqi və oyunlara müvafiq olaraq 15,5 və 14,5 dəqiqə. Telefon zənglərinə cəmisi 12 dəqiqə vaxt sərf edilir.
Tədqiqatda iştirak edən smartfon sahiblərinin 54 faizi bildirib ki, onlar bu qurğudan zəngli saat kimi istifadə edirlər. İstifadəçilərin yarısından çoxu bildirib ki, smartfonlar onlar üçün ələ taxılan saatı əvəz edir.
Tədqiqat nəticəsində məlum olub ki, mobil telefonun əsas funksiyası olan səs rabitəsi istifadə baxımından reytinqdə beşinci yerdə qərarlaşıb. 2005-ci ildən etibarən zənglərin müddəti təxminən 2 dəfə azalıb; insanlar onu sosial şəbəkə, mikrobloqlar və ya ani mesaj proqramlarında onlayn-yazışma ilə əvəz etdilər.
EMİL
02/07/12 Çap et