Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
.az domenində Azərbaycan saytlarının sayı 11,3 faiz artıb
.az milli domen zonasında 14 471 internet-resurs qeydə alınıb. Bu barədə bazar ertəsi WHOIS saytı məlumat yayıb.İlin birinci yarısı ərzində .az milli domen zonasında qeydə alınan internet-resursların sayının artımı 11,3 faiz təşkil edib.
Qeydə alınan saytların ümumi sayından 13 391 ədəd domendə birinci səviyyəli qeydə alınan resursların payına düşür. İkinci səviyyəli daha populyar domen .com.az-dır. Orada 626 sayt qeydə alınıb.
Populyarlığına görə üçüncü yeri .edu.az tutur. Orada 143 internet saytı qeydə alınıb.
Statistikaya əsasən, dünyada aktiv domen adların ümumi sayı (aprelin 9-na olan vəziyyətə görə) 141 milyon ədədi ötür. Daha sıx zona .com hesab edilir. Orada 104 milyon internet-resurs aktivdir. İkinci yerdə .net-dir. Onun domenində 14,8 milyondan çox aktiv ad var. Üçüncü yerdə .org-dur. Orada 10 milyondan çox ad var.
Qeyd edək ki, .az milli zonası rəsmi olaraq 1993-cü il avqustun 25-dən fəaliyyətə başlayıb. .az domenində qeydiyyatın dəyəri 20 manatdır. Domenin illik texniki dəstəyi də bir o qədər məbləğə başa gəlir.
03/07/12 Çap et