Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da xüsusi robot istehsal olunub


ABŞ-da xüsusi robot istehsal olunub.Karneqi-Mellon Universitetinin amerikalı mühəndisləri "AndyVision" adlı yeni robot hazırlayıb. "ICTnews" elektron xəbər xidmətinin "pitbit.ru" saytına istinadən verdiyi məlumata görə, robot "Kinect" sensor ilə təchiz edilmiş mobil platformanı əhatə edir.

Robot anbarda olan bütün məhsulların şəklini çəkir və onun hesabını aparır. Xüsusi proqram təminatı robota mağazanın sahibinə və ya istənilən başqa məsul şəxsə anbarda malların miqdarı haqqında hesabatı və nə zaman,  hansı miqdarda almaq lazım olduğu  haqda informasiyanı  çatdırmağa imkan verir.

"AndyVision" istehsalçıları qeyd edirlər ki, robot həmçinin mağazanın sahibinə xüsusi alqoritmin köməyi ilə müəyyən edilən anbarda malların optimal yerləşməsini  məxfi şəkildə çatdıra bilər.  Hazırda universitet kampusunun mağazalarından birində təcrübə məqsədilə istifadə olunur.  Yeni  ixtiranın geniş tətbiqinə növbəti ildən başlanıla bilər.




CAHANGİR





03/07/12    Çap et