Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nanotexnologiyalar dəri problemlərinin həllinə yardım edir
Professor Çad Mirkin rəhbərliyi ilə bir qrup Amerika alimi müasir nanotexnologiyaların köməyi ilə dərinin müxtəlif problemləri ilə effektiv mübarizə aparan yeni vasitə hazırlayıb.
“ICTnews” elektron xəbər xidmətinin “Pnas.org” saytına istinadən verdiyi məlumata görə, bu maddə ilə dəri xərçəngini sağaltmaq mümkündür. Vasitənin tərkibinə qızıl nanozərrəciklərindən mikrosferalar və RNT molekulları daxildir.
Sınaqların gedişatında məlum olub ki, yeni maddə yalnız dəri xərçəngi ilə mübarizədə effektiv vasitə deyil, o, həmçinin dərini cavanlaşdıran xüsusi effektə malikdir. Hazırda yeni maddə üzərində sınaqlar keçirilir. Onun əsasında bir sıra dərman və kosmetik preparatların hazırlanacağı proqnozlaşdırılır.
CAHANGİR
03/07/12 Çap et