Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

723 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


Dövlət Radiotezlik İdarəsinin Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi  (REVİNŞ) tərəfindən 2012-ci ilin 6 ayı ərzində iş planına, idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 302 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrinə (REV)  texniki baxış keçirilib və bununla bağlı müvafiq qaydada aktlar tərtib edilib.

DRİ-dən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı  723 ədəd  idarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.  Onlardan 274 ədədi möhürlənib, 1 ədədi silinib,  143 ədədi qeydiyyata  salınıb və  305 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin  pozulması barədə 37 protokol yazılıb və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR





03/07/12    Çap et