Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyənin Xarici İşlər Nazirliyinin internet saytı haker hücumuna məruz qalıb
Türkiyənin Xarici İşlər Nazirliyinin internet saytına haker hücumu olub. “OLAYLAR”-ın “haberturk.com”-a istinadən verdiyi xəbərə görə, 25 dəqiqə ərzində sayta girmək mümkün olmayıb və səhifədə yalnız baş nazir Ərdoğanın mərhum Liviya lideri Müəmmar Qəddafi və Suriya prezidenti Bəşər Əsədlə səmimi görüşlərini əks etdirən fotolar yer alıb. Hakerlər Türkiyə XİN-də olan bütün məxfi materiallar və sənədlərin ələ keçirildiyi, həmin məlumatların yaxın vaxtlarda açıqlanacağı mesajını da veriblər.
04/07/12 Çap et