Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kibercinayətkarlar iki ilədək azadlıqdan məhrum ediləcəklər
Azərbaycanda kibercinayətlə məşğul olma cinayət məsuliyyətinə səbəb olacaq. Milli Məclisdən verilən məlumata görə, bu məqsədlə Cinayət Məcəlləsində dəyişiklik edilib. Dəyişikliyə əsasən kompyuter sisteminə icazəsiz daxil olma və kompyuter məlumatlarını ələ keçirmə cinayət məsuliyyəti yaradacaq.
Belə qanun pozuntusuna yol vermiş şəxslər iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarında cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
04/07/12 Çap et