Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ULTRA” şirkəti yerli bankın müştərilərinə texniki dəstək göstərəcək


“Bank Standard” Azərbaycan bazarında bank həlləri inteqratoru olan “ULTRA” şirkəti ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən “ULTRA” şirkəti «Mail Bank» sisteminə qoşulmuş “Bank Standard” müştərilərinə texniki dəstək xidmətini göstərəcək və yeni müştərilərin bu sistemə qoşulmasını həyata keçirəcək. “Bank Standard”a keyfiyyətli və vaxtında xidmətin göstərilməsi üçün “ULTRA” şirkəti öz zəng mərkəzini genişləndirib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, «Mail Bank» modulu poçt protokolları vasitəsilə müştərilərə distant xidmətin göstərilməsi üçün nəzərdə tutulub.  Moduldan istifadə edilərkən ödəniş tapşırığı bank işçiləri tərəfindən deyil, məhz müştərinin özü tərəfindən elektron şəkildə olmaqla hazırlanır ki, bu da bank tərəfindən ödəniş sənədlərinin sürətinin artırılmasına imkan verir.

Kağız süründürməçilik olmasın deyə, elektron ödənişlərin avtomatlaşdırılması və həyata keçirilməsi üçün bankın müştəriləri adi imza əvəzinə elektron imzadan istifadə edirlər. İdxal-ixrac kimi funksiyalar sayəsində siz «Mail Bank» sistemini əsas mühasibatlıq proqramları ilə rahat inteqrasiya edə bilərsiniz ki, bu da müştərinin mühasibatlıq proqramlarında üstün tutduğu ödəniş tapşırıqlarını yaratmağa imkan verir.

«Mail Bank» modulu müştəriyə istənilən vaxt vəsaitlərin hərəkəti üzrə məlumat almağa imkan verir. Məlumatların qorunması üzrə həm proqram vasitələri, həm də aparat kimi çoxsəviyyəli qoruma xüsusiyyətinə malik olan modul icazəsiz girişdən etibarlı şəkildə qorunur və yalnız deşifrə üçün xüsusi açarlar olduqda və məlumatları yalnız adresat tərəfdə deşifrə etmək mümkündür.

«Mail Bank» modulu Rusiya, Ukrayna, Belarus banklarında geniş tətbiqə malik olaraq müştərilərin sorğularının emalı üzrə müasir tələblərə cavab verən effektiv və çox səmərəli məhsul kimi özünü uğurlu şəkildə göstərib.

CAHANGİR





04/07/12    Çap et