Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon internetə çıxış üçün əsas qurğuya çevrilir


“Pew” tədqiqat təşkilatının məlumatına görə, yaşlı amerikalıların üçdə birindən çoxu internetə çıxış üçün əsas qurğu kimi smartfonu seçir. Tədqiqatçılar həddi-büluğa çatmış 2277 ABŞ sakini arasında sorğu aparıblar. Həmin sakinlərin 83%-i mobil əlaqə vasitəsi - smartfon və ya adi telefon sahibi olublar.
Həmin sakinlərin 42%-i məhz smartfona malik olduqlarını bildiriblər. Bu isə sorğudakı respondentlərin 35%-ni təşkil edir. "Ağıllı telefonlar", bir qayda olaraq, yüksək və ya ən azı, orta-xüsusi təhsil və sabit maliyyə durumuna malik olanlar arasında məşhurdurlar.
Gündəlik 8 saat vaxtını işdə keçirən insanların təxminən yarısı məhz smartfondan istifadə edir. İşləməyən amerikalılar arasında vəziyyət başqa cürdür: onların yalnız dörddə birində kommunikator var.




13/07/11    Çap et