Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi ilə bağlı radiomonitorinq aparılıb


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən Bakı teleqülləsindən yayımlanan TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi ilə bağlı işlər həyata keçirilib.

Bu məqsədlə Abşeron yarımadası və respublikanın bir sıra bölgələri (Şirvan, Səlyan, Neftçala, Hacıqabul, Kürdəmir, Ucar, Zərdab, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Ağcabədi, Füzuli, Qobustan, Şamaxı, Ağsu, Göyçay, Ağdaş, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən) ərazisində radiomonitorinq işləri aparılıb, eləcə də istismara verilmiş DVB-T rəqəmli TV vericilərinin əhatə dairələri təyin olunub.     





04/07/12    Çap et