Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İtaliyadakı “Apple” mağazaları bağlana bilər


İtaliyadakı “Apple” mağazaları və obyektləri 30 gün müddətində bağlana bilər. Buna səbəb şirkətin məhsullara verilən standart ikiillik zəmanət barədə müştərilərinə məlumat verməməsidir.

“Apple” müştərilərə zəmanət haqqında məlumat vermədiyinə görə bundan əvvəl də cərimələnib. Bu dəfə də verilən göstərişə əməl etməsə, şirkət daha çox maliyyə cərimələri ilə üzləşəcək. “Apple” şirkəti standart zəmanətin əvəzinə müştərilərinə özünün pullu xidmət müqaviləsini təklif edib.

2011-ci ildə “Apple” italyan müştərilərə məhsullarına verilən ikiillik pulsuz zəmanət haqqında məlumat vermədiyinə görə 900 min avro cərimələnib. “Apple”-ın özünün tətbiq etdiyi müqavilə isə bir il ərzində pulsuz xidmət göstərir, xidməti ikinci ilə kimi uzatmaq üçün isə ödəniş etmək lazımdır.




RƏVAN





04/07/12    Çap et