Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ARDNŞ “3D” seysmik kəşfiyyat işlərini davam etdirir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tapşırığı əsasında “Kəşfiyyatgeofizika” idarəsi tərəfindən Neft-Qaz Emalı və Neft Kimya Kompleksinin inşa olunacağı ərazidə yerinə yetirilən “3D” seysmik kəşfiyyat işləri uğurla başa çatdırılıb.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə idarənin məlumatında deyilir.
Məlumatda bildirilir ki, müxtəlif təyinatlı kommunikasiya xətləri, mürəkkəb yerüstu və dərinlik seysmogeoloji şəraiti ilə səciyyələnən tədqiqat sahələrində işlər ətraf mühitin qorunması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına tam riayət olunmaqla aparılıb.
Hazırda materialların ilkin təhlili yerinə yetirilir. Alınmış məlumatların emal və interpretasiyası nəticəsində tədqiqat sahəsinin geoloji quruluşu dəqiqləşdiriləcək, mövcud olan tektonik qırılmalar, onların amplitudu və istiqamətləri müəyyənləşdiriləcək.
CAHANGİR
04/07/12 Çap et