Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2017-ci ildə planşet kompyuterlərin satış həcmi noutbukları ötəcək


Planşet kompyuterləri günü-gündən daha da məşhurlaşır. Bu kompyuterlərin ən sadə interfeysə, yığcam ölçülərə malik olması, eyni zamanda, həm əyləncə, həm də peşəkar hədəflər üçün istifadə olunması populyarlıq qazanmasına rəvac verir.

“NPD DisplaySearch” şirkəti növbəti tədqiqatlarından birini planşetlərə həsr edib. Araşdırma nəticəsində məlum olub ki, artıq 2017-ci ildə planşet kompyuterlərinin satışı noutbukların satışını ötəcək.

“NPD DisplaySearch”-ın məlumatına görə, 2012-ci ildə 208 milyon satılan noutbukların miqdarı 2017-də 312 milyona qədər artacaq. Bu halda, planşet kompyuterlərin satış həcmi 121 milyondan 413 milyon qurğuya qədər təşkil edəcək.






CAHANGİR





04/07/12    Çap et