Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“MacBook Air” noutbuklarında klaviatura yenidən işıqlanacaq


“Apple” şirkəti həftənin sonuna qədər növbəti nəsil “MacBook Air” nazik noutbuklarını təqdim edə bilər. Leptoplarda klaviatura yenidən işıqlana bilər. Belə klaviatura günün qaranlıq vaxtında işi yüngülləşdirəcək.
Şayiələrə görə, “Apple” şirkəti “MacBook Air”-in 4 modelini: 2-si 13.3 düyməli və 2-si 11.6 düyməli ekran ilə hazırlayır. Noutbuklar “İntel Sandy Bridge” platformasına keçiriləcək və “Thunderbolt” texnologiya dəstəyini əldə edəcək. Daha əvvəl həmçinin bildirilib ki, yenilikdə NAND mikrosxemləri əsasında 19 nanometr texnologiya üzrə hazırlanan yeni tip fləş daşıyıcılar tətbiq ediləcək. Onlar “Toggle DDR 2.0” interfeysinə malik olacaqlar və 400 Mb/s-a qədər məlumatların ötürülmə sürətini təmin edəcəklər. Yeni “MacBook Air”-də proqram platforması “Mac OS X Lion” əməliyyat sistemi olacaq.




13/07/11    Çap et