Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” çat həvəskarları üçün smartfon istehsal edib
“Samsung” şirkəti yeni “Galaxy Chat” smartfonunu təqdim edib. Aparat internet-çat həvəskarları üçün nəzərdə tutulub və sensor ekranla yanaşı, “QWERTY” klaviatura ilə təchiz edilib. “ICTnews” elektron xəbər xidmətinin “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi bloqunda deyilir.
Qurğu üçün şirkətin “ChatON” adlı firma messenceri müəyyən edilib. Proqramı aktiv etmək üçün klaviaturada xüsusi düyməni sıxmaq lazımdır. “Galaxy Chat Android 4.0” əməliyyat sisteminin nəzarəti altında işləyir.
Smartfonun çəkisi 112 qram, qalınlığı isə 1,2 sm təşkil edir. Qurğunun arxa panelində 2 meqapiksel təsvir ölçülü kamera yerləşdirilib. Aparatın 3 düymlü ekranı 240x320 nöqtə təsvir ölçüsünə malikdir. “Galaxy Chat” da 4 “Qbyte” daxili yaddaş ilə təchiz olunub. Bununla yanaşı, aparat “microSD” kartlarını dəstəkləmək imkanına malikdir.
“Galaxy Chat” “Wi-Fi” şəbəkəsinə qoşula və “Bluetooth” vasitəsilə başqa qurğularla məlumat mübadiləsi edə bilər. “Samsung” LTE şəbəkələri üçün də smartfonun versiyasını buraxmağı planlaşdırır, amma hələlik hansı tezlikləri dəstəkləyəcəyi məlum deyil.
Smartfon iyulda mağazalara daxil olacaq. Qiyməti barədə məlumat verilmir. İlk olaraq İspaniyada satışa çıxarılacaq. Sonra “Galaxy Chat”-ın satışına Avropa, Yaxın Şərq, Asiya və Cənubi Amerikanın bütün şəhərlərində başlanılacaq.
CAHANGİR
05/07/12 Çap et