Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Ümumdünya Poçt İttifaqının təlim-seminarında təmsil olunacaq


Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı ilə cari ilin 09-13 iyul tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində təlim-seminarı keçiriləcək. “Azərpoçt” MMC-dən verilən məlumata görə, təlim-seminarda müəssisənin Poçt analizi şöbəsinin  rəisi  Nüsrət Səmədov iştirak edəcək.

Seminarın keçirilməsində məqsəd müasir texnologiyaların poçt sahəsinə tətbiqi, yeni xidmətlərin öyrədilməsi və gələcək perspektivlər haqqında bilik və bacarıqlarının zənginləşdirilməsidir.








RƏVAN





05/07/12    Çap et