Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” smartfon əməliyyat sistemi bazarında mövqeyini möhkəmləndirir
"ComScore" korporasiyasının apardığı araşdırmaya görə, "Microsof" şirkətinin ABŞ-dakı ağıllı (smartfon) telefon əməliyyat sistemi bazarında yaşadığı eniş artıq dayanıb.
Araşdırmada proqram nəhənginin bazardakı payının 4 faizə qalxdığı ifadə edilir. Hər nə qədər 0.1% nisbətindəki bu yüksəliş çox cəlbedici görünməsə də, geriləmənin dayanması şirkət üçün əhəmiyyətlidir. Çünki bazara 15.7% nisbətiylə daxil olan "Microsoft", nə "Windows Mobile" nə də "Windows Phone" ilə "Apple" və "Android"in böyüməsinə maneə ola bilmədi.
Aşağıdakı qrafikdə, 2010-ci ilin yanvar ayından 2012-ci ilin aprel ayına qədər "ağıllı" telefon əməliyyat sistemləri arasındakı rəqabəti müşahidə etmək olar.
2010-cu ilin yanvar ayında "Blackberry", böyük bir bazar payına sahib olduğu halda, bu gün az qala iflasın məngənəsindədir. 2010-cu il ərzində "Android" də 10% nisbətini keçməməsinə rəğmən, bu il 45%-ə yaxın bazar payı əldə edib. "Apple" isə böyük nisbətdə bir inkişaf göstərməsə də, bazardakı payını təxminən 10% nisbətində artırıb.
RƏVAN
05/07/12 Çap et