Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ölkələrarası övladlığa götürmə ilə bağlı e-müraciət proseduru açıqlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) rəsmi internet səhifəsində elektron xidmətlər bannerinə yeni “Müraciət et” bölməsi yerləşdirilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Müraciət et” bölməsi ölkələrarası övladlığa götürmə ilə əlaqədar elektron müraciət formasını əhatə edir.
Bu xidmətdən istifadə etmək istəyən şəxslər bölməyə daxil olaraq adını, soyadını, atasının adını, doğum tarixi və yerini, vətəndaşlığını, qeydiyyatını, ünvanını, əlaqə telefonlarını, elektron poçt ünvanını, cinsini, təhsilini, ailə vəziyyəti ilə bağlı məlumatları daxil etməlidir.
Bununla yanaşı, övladlığa götürməyə arzu edilən uşağın əlamətləri və övladlığa götürmənin səbəbinin qeyd olunması tələb olunur. Sadalanan qrafalar doldurulduqdan sonra təhlükəsizlik kodu daxil edilir və “göndər” düyməsi sıxılmaqla ölkələrarası övladlığa götürmə ilə əlaqədar e-müraciət komitəyə ünvanlanır.
CAHANGİR
05/07/12 Çap et