Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia WP7” smartfonların reklamına 127 milyon dollar xərcləyəcək


“Nokia” şirkəti oktyabr ayında “Windows Phone 7” əməliyyat sistemi ilə işləyən ilk smartfonlarının irəliləyişi üçün irimiqyaslı reklam kampaniyasına başlamağı planlaşdırır. Fin istehsalçısı belə qurğuların reklamına təxminən 127 milyon dollar xərcləmək niyyətindədir.
Şirkət artıq “Wieden & Kennedy”, “Fallon”, “R/GA” və bəzi digər reklam agentlikləri ilə müqavilə bağlayıb. Fin korporasiyasının nümayəndəsi böyük marketinq layihəsinin təfərrüatları haqqında məlumat verməkdən imtina edib. Qeyd edək ki, “Microsoft” şirkəti “WP7” əsasında ilk smartfonlarının satışları başlanğıcında mobil əməliyyat sisteminin reklamına təxminən 500 milyon dollar xərcləyib. Təxminən eyni məbləğ “Kinect” hərəkətləri oyun kontrollerinin irəliləyişinə xərclənib.




13/07/11    Çap et