Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Parlamenti antipirat sazişi olan “ACTA”-nı rədd etdi


Avropa Parlamenti antipirat məhsullarına qarşı mübarizə aparmaq üçün nəzərdə tutulan “ACTA” (The Anti-Counterfeiting Trade Agreement) ticarət sazişini rədd edib. Sazişin imzalanmasının əleyhinə 478 deputat səs verib. Halbuki onun qəbul edilməsinə 39. 146 insan tərəfdar olduqlarını bildirmişdi.

“ICTnews” elektron xəbər xidmətinin “http://it-news-world.ru/”  saytına istinadən verdiyi məlumata görə, “ACTA” qəbul edilərdisə, müqavilə gömrük işçilərinə müəllif hüquqları ilə bağlı qanunun əleyhinə olaraq noutbuk, “iPod” və telefonları, eləcə də onların içində saxlanılan faylları yoxlamaq, rast gəlinən məsələlərlə bağlı internet provayderlərə məlumat vermək səlahiyyətləri verə bilərdi.

“ACTA”-nın əleyhdarları hesab edirlər ki, bu saziş şəxsi məlumatların təhlükəsizliyinin qorunmasını və vətəndaşların söz azadlığını pozur. Səsverməyə qədər minlərlə insan Avropa Parlamentinə onun qəbul edilməməsi ilə bağlı küçə nümayişləri keçirməklə, deputatların ofisinə zəng edərək, eləcə də onların poçt ünvanlarına məktub göndərməklə etirazlarını bildiriblər. Həmçinin parlamentə sazişin ləğvi ilə əlaqədar bütün dünyada 2,8 milyon insanın imzaladığı çağırış da daxil olub.

Qeyd edək ki, əvvəllər razılaşma bir neçə ölkə, o cümlədən Avstraliya, Kanada, ABŞ və Yaponiya tərəfindən imzalanmışdı. Bundan başqa, “ACTA”-ya Avropa İttifaqının 27 ölkəsindən 22-si qoşulmuşdu. Xüsusilə də Almaniya, Çex Respublikası və Polşada sənədin ratifikasiyası şiddətli mübahisələrə səbəb olmuşdu. Amma səsvermə artıq nə Avropa İttifaqı, nə də onun fərdi üzvlərinin müqaviləyə qoşulmayacağı deməkdir.
 
HƏQİQƏT






06/07/12    Çap et