Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Turizm marşrutu, abidələr, görməli yerlər barədə məlumatları internet vasitəsilə əldə etmək olar


"Azərbaycanın turizm marşrutu, abidələr, görməli yerlər barədə məlumatları internet vasitəsilə əldə etmək olar"- bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, artıq ölkədə mədəniyyət və turizm sahəsi üzrə bir çox elektron xidmətlər tətbiq edilib.

V. Əliyev bildirib ki, "Azərbaycan Respublikasında kitabxana-informasiya sisteminin inkişafı üzrə" Dövlət Proqramı çərçivəsində respublikadakı kitabxanaların tam elektron xidmətə keçidi, demək olar ki, təmin edilib.

"Bu məqsədlə kitabxanalarda elektron kataloqlar, kitab bazaları yaradılıb və bu işlər davam etdirilir. Nazir müavini bildirib ki, artıq hər bir kəs istənilən vaxt Mədəniyyət və Turizm Nazirliyinin veb-saytına daxil olaraq öz fikirlərini bildirə, eyni zamanda, suallarına cavab ala bilər".Qeyd edək ki, bir çox mədəniyyət mərkəzləri, muzeylərdə virtual muzey layihəsi də tətbiq edilib.



RƏVAN




06/07/12    Çap et