Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BMT internetdə söz azadlığı haqqında qətnaməni qəbul etdi


BMT-nin İnsan Hüquqları Şurası internetdə söz azadlığı haqqında qətnaməni rəsmən qəbul edib. Əhəmiyyətli sənəd əvvəlcə qətnamə layihəsinə ehtiyatla yanaşan Çin və Kuba nümayəndələri də daxil olmaqla BMT-nin 47 üzv ölkəsi tərəfindən imzalanıb.

Xatırladaq ki, keçən il fəal müzakirələr aparılırdı, lakin bəyannamənin  "Rəqəmli dövrdə fundamental insan azadlıqlarının müdafiəsi haqqında" layihəsi qəbul edilməmişdi.

Yeni qətnamə ölkənin hər bir vətəndaşının internetdə söz azadlığı hüququnun təminatını nəzərdə tutur. Mütəxəssislər qeyd etdiyi kimi, qəbul edilmiş sənəd,  müxtəlif ölkələrdə bu və ya digər növdə internetdə senzura  cəhdləri ilə bağlı müxtəlif mübahisələrdə həlledici rol oynaya bilər.




CAHANGİR





06/07/12    Çap et