Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mobil telefonlardan iş məqsədlərilə istifadə artacaq
“IDC” analitik agentliyinin proqnozlarına əsasən, 2013-cü ildə təqribən 1,2 milyard şirkət əməkdaşı öz mobil telefonlarını korporativ şəbəkələrə qoşaraq onlardan iş məqsədlərilə istifadə edəcək. Analitiklər bildiriblər ki, müasir BYOD (“Bring Your Own Device” – “Şəxsi qurğunu yarat”) trendinin populyarlığı sürətli templə artacaq. Belə ki, hazırda dünyanın 3 800 000 gənc əməkdaşı iş prosesində müntəzəm olaraq şəxsi mobil qadcetlərindən yararlanır.
Bir çox şirkətlər BYOD ideyasını fəal olaraq dəstəkləyir. Fərdi qurğulardan istifadə zamanı təhlükəsizliyi artırmaq üçün işçilər üçün zəruri olan lokal proqramların yerləşdiyi korporativ portallar yaradılır.
dailycomm.ru saytının məlumatına görə, zəruri proqram təminatları və fərdi qurğuları idarəetmə bacarıqlarına hələ 20%-dən az şirkət yiyələnib. Hər bir şirkət nəzərə almalıdır ki, smartfon və planşetlərdəki proqramların istifadə müddəti cəmi 6-12 ay təşkil edir. Qeyd edək ki, bu rəqəm fərdi kompyuterlərdə 3-5 ildir.
06/07/12 Çap et