Smart pəncərələr insanlara sevinc bəxş edəcək
Pəncərələr bundan sonra insan həyatına sevinc və güc bəxş edəcək. “ICTnews” elektron xəbər xidmətinin “
http://it-news-world.ru/” saytına istinadən verdiyi məlumata görə, Silikat Tədqiqat İnstitutunun alimləri Fraunhofer Cəmiyyətində xüsusi örtüyün yaradılması üzərində işləyirlər.
Bu örtük müsbət işıq diapazonunun şüşədən ötürülməsinə imkan verəcək. Almanlar tərəfindən hazırlanan örtük görünən spektrin mavi hissəsində şüşənin albedosunu minimallaşdırır ki, bu da insanın görmə reseptorlarına müsbət təsir göstərir.
Alimlər insanların əhval-ruhiyyəsini yüksəltmək və onları daha da fəal etmək üçün “mavi” işığın həcminin daha da artırılmasını təklif edirlər. Belə ki, spektrin mavi hissəsi yuxu hormonlarının səviyyəsində xüsusi rolu olan reseptorlara təsir edir. Bu hormonun aşağı səviyyəsində insan daha fəal, işlək, eləcə də sağlam olur.
Belə ki, yeni texnologiyaların tətbiqi ilə insanlar kompyuter ekranı arxasında daha çox vaxt keçirir, gün işığında az olurlar. Bu da öz növbəsində orqanizmdə D vitamininin azalması ilə nəticələnir ki, sonda hormon disbalansı yaranır və insanın əmək qabiliyyəti enir. Bu yeni ixtiranın sahibləri icadlarının kütləvi satışına çox yaxın gələcəkdə başlanılacağını vəd verirlər.
Artıq bu üç şüşəli pəncərələrin ötürücülük qabiliyyəti 13 faiz artıb. Nəticələrlə qane olmayan ixtiraçılar tədqiqatları davam etdirməyi düşünürlər. Belə yanaşma gələcəkdə iş effektivliyini və ümumilikdə insanların əhval-ruhiyyəsini artıracaq.
Maraqlıdır ki, pəncərələrin diqqət mərkəzində olması və onların təkmilləşdirilməsi üçün aparılan elmi cəhdlər artıq birinci hal deyil. Belə ki, “Samsung” kompaniyası “ağıllı” pəncərələr işləyib hazırlayıb, Avstraliya alimləri isə pəncərələrin günəş panelləri kimi istifadəsini təklif ediblər.
HƏQİQƏT