Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC Astarada da POS-terminal quraşdıracaq


“Azərpoçt” MMC Astara rayonunun dağ kəndlərinin birində POS-terminal quraşdıracaq. Müəssisədən verilən məlumata görə, buna qədər belə POS-terminal Lerik rayonunun Çayrud kəndində qurulub. Hazırda  adıçəkilən kənddə qurulan terminal Poçt filialının Çayrud poçt şöbəsindən təqaüd alan təqaüdçülərə xidmət edir.

Astarada analoq terminalın qurulması isə vətəndaşların bu sistemə uyğunlaşdırılması və eyni zamanda nağdsız ödəniş xidmətinin genişləndirilməsidir. Gələcəkdə belə terminallar regionlarda digər yaşayış məntəqələrində də qurulacaq. Hələlik bununla bağlı monitorinqlər davam etdirilir.

Qeyd edək ki, “Azərpoçt” MMC öz müştərilərinə POS-terminal və ATM- lər vasitəsilə göstərilən xidmətləri daha da genişləndirmək istəyir. Artıq 1, 2, 3, 4, 5, 6 saylı poçt filiallarında və Gəncə şəhərində  “Azərpoçt” MMC-yə məxsus olan ATM-lər quraşdırılıb. Onu da əlavə edək ki, regionlarda 30-dək “Azərpoçt” MMC-yə məxsus olan ATM-lərin quraşdırılması nəzərdə tutulub.



RƏVAN





06/07/12    Çap et