Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Yahoo!” və “Facebook” arasındakı “patent müharibəsi” sona çatdı
“Yahoo!” və “Facebook” reklam sahəsində və patentlərdən istifadəyə dair qarşılıqlı iddialardan imtina ilə bağlı strateji əməkdaşlıq barədə qərar qəbul etdiklərini elan ediblər. Razılıq haqqında rəsmi məlumat “Facebook” saytında yerləşdirilib.Bu barədə “ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən məlumat verir.
Razılaşmaya uyğun olaraq, şirkətlər mübahisəli patentlərə lisenziyalar verilməsi, həmçinin reklamın reallaşdırılması sahəsində əməkdaşlıq haqqında razılığa gəlib. Bundan başqa, razılaşma iki internet-nəhəngin xidmətlərinin daha sıx inteqrasiyasını nəzərdə tutur.
“Yahoo!” və “Facebook” arasında "patent müharibəsi" cari ilin mart ayında başlanıb. “Yahoo!” “Facebook”u internet-reklam və fərdi sazlama nümayişləri texnologiyalarının qanunsuz istifadəsində ittiham edərək sosial şəbəkəyə qarşı iddia irəli sürmüşdü.
Cari ilin aprelində “Facebook” “Yahoo!”-ya qarşı axtarış sisteminin əsas səhifəsinin qeyri-leqallığı, həmçinin istifadəçilər üçün xəbərlərin fərdi seçiminə cavab verən texnologiyalar və “Flickr” fotohostinqi barədə qarşılıqlı patent iddiasını irəli sürdü. Bundan başqa, sosial şəbəkə iddiasında şirkətin iddiasının əsassız olaraq qəbul olunmasını və gələcəkdə belə iddiaların verilə bilməsini qadağan etməyi tələb edirdi.
“All Things Digital” nəşrinin bildirdiyi kimi, şirkətlər arasında patent "barışığı" haqqında danışıqlar 2012-ci ilin mayında Skott Tompsonun “Yahoo!”-nun baş direktoru vəzifəsindən istefasından az sonra başlanıb. Nəşrin məlumatına görə, Tompson “Facebook”a qarşı iddia yolu ilə sosial şəbəkəni “Yahoo!” üçün almağı planlaşdırırdı. Lakin şirkətin yeni rəhbərliyi belə strategiyanı münasib hesab etmədi.
CAHANGİR
07/07/12 Çap et