Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda istifadəçilər yenə “spam”lardan şikayətləndilər
Azərbaycanda istifadəçilər tərəfindən ev təsərrüfatlarında internetə qoşulmuş kompyuterlərin 65.2 faizi virusları yoxlamaq üçün proqramla təmin olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkədə internetə qoşularkən görülmüş təhlükəsizlik tədbirləri və problemləri barədə sorğu aparan komitədən bildirilib ki, əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də istifadəçilər internetə qoşulma sürətinin aşağı olmasını, “spam” - lazımsız elektron məktubların elektron poçt sahibinin ünvanına gəlməsini və informasiya ya vaxt itkisi ilə nəticələnmiş kompyuter virusları ilə qarşılaşma hallarının olmasını istifadəçilər əsas problem kimi qiymətləndiriblər.
Belə ki, istifadəçilərin 11.0 faizi internetə qoşulma sürətinin aşağı olmasını, 11.8 faizi “spam” –lazımsız elektron məktubların onların ünvanına gəlməsini, 28.0 faizi informasiya və vaxt itkisi ilə nəticələnmiş kompyuter viruslarını internetə qoşulmada əsas problem kimi qiymətləndirib. 49.1 faiz isə heç bir problemlə rastlaşmadığını bildiriblər. Ümumilikdə, əvvəlki illərlə müqayisədə kompyuter virusları ilə bağlı problemlərlə qarşılaşmış internet istifadəçilərinin xüsusi çəkisi artıb, internetə qoşulma sürətinin aşağı olması halları isə aşağı düşüb.
HƏQİQƏT
07/07/12 Çap et