Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiyada kontekst reklam satışları artıb
İnternetin Rusiya seqmentində kontekst reklam satışı cari ilin birinci yarısında 2010-cu ilin həminki dövrü ilə müqayisədə 60% artıb. “İContext” agentliyinin məlumatına görə, 2011-ci ilin ilk 6 ayı ərzində Runetin kontekst reklam bazarının həcmi 12,3 milyard rubla çatıb. Müqayisə üçün: 2010-cu ilin ilk yarımilliyi ərzində nəticə 7,7 milyard təşkil edib.
"Yandeks" 65% payla (7,96 milyard rubl) Rusiya bazarında kontekst reklamın ən böyük oyunçusu olaraq qalır. İkinci yerdə 26% ilə “Google” (3,13 milyard rubl), 7% (880 milyon rubl) ilə " Бегун " isə üçüncüdür.
Analitiklər qeyd ediblər ki, ilk yarımillikdə “Google” şirkətinin reklam satışları rəqiblərə nisbətən daha sürətlə artıb: orta hesabla artım 70% təşkil edib. Bu şirkət üçün Rusiya ən dinamik artan bazarlardan biridir.
13/07/11 Çap et