Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Hewlett Packard” “İntel”lə əməkdaşlıq səylərini gücləndirir


"Hewlett Packard" (HP) bütün səylərini "İntel"in "x86" arxitekturasının bazasında yeni planşetin yaradılmasına yönəldir. "ICTnews" elektron xəbər xidmətinin "http://it-news-world.ru/"  saytına istinadən verdiyi məlumata görə, kompaniyanın təmsilçiləri bu yeni cihazın biznesmenlər üçün yaradılmayacağını bildiriblər.

Həmçinin şirkətdə hesab edilir ki, "İntel" prosessorlarından istifadə müasir əməliyyat sistemlərinin bütün vasitələrindən istifadə etməyə və güclü planşet yaratmağa imkan verir. Etibarlılığı və sabitliyi ilə seçilən "x86" proqramlarının ekosistemləri indi olduğu kimi, gələcəkdə də istifadəçiləri ən yaxşı xidmətlə təmin edəcək.

"HP" ilə "İntel"in əməkdaşlığına gəlincə, mobil texnologiyaların inkişafı artıq yeni dönəmə qədəm qoyur. Bunun nəticəsi olaraq, "Apple" bazarda mövqeyini möhkəmləndirmək üçün kompakt "iPad" buraxmağı planlaşdırır. "Microsoft" isə tarixdə ilk planşetini satışa çıxarmağa hazırlaşır. Bəzi istehsalçılar, o cümlədən də "HP" işlərin belə gedişatından məmnun deyillər. Ona görə də vəziyyətdən "HP" kimi narazı şirkətlər ölçü götürülməsi üçün əməli işə başlayıblar.
 
HƏQİQƏT







09/07/12    Çap et