“İcazeler.gov.az”-ın xidmətlərindən geniş istifadə edilir
Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli "Müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq üçün tələb edilən xüsusi razılıq (lisenziya) və icazə sistemi ilə bağlı bəzi məsələlər haqqında" Fərmanına əsasən, İqtisadi İnkişaf Nazirliyinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının verdikləri icazələr barədə məlumatı əks etdirən internet portalının yaradılması tapşırılmışdır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində qabaqcıl nailiyyətlərin geniş tətbiqi yolu ilə ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılan “
http://www.icazeler.gov.az/” portalı geniş şəkildə istifadə edilir və maraqla izlənilir. Portaldan xarici dövlətlərin vətəndaşları da istifadə edib.
Qeyd: “
http://www.icazeler.gov.az/” portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
Portalda mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sahibkarlıq sahəsinə aid qanunvericilik aktlarının layihələrinin yerləşdirildiyi xüsusi bölmələr var. Bu bölmə sahibkarların məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, qanunvericilik aktlarının hazırlanması prosesində sahibkarların yaxından iştirakına şərait yaradır.
RƏVAN