Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google+” sosial şəbəkəsində təxminən 10 milyon istifadəçi qeydiyyatdan keçib


“Ancestry” tədqiqat şirkətinin banisi Pol Allenin hesablamalarına əsasən, bu gün “Google+” sosial şəbəkəsi istifadəçilərinin sayı 10 milyona çatacaq. İyul ayının 10-u yeni layihədə təxminən 7,3 milyon insan qeydiyyat olub. Pol Allen qeyd edib ki, xidmətin auditoriyası o qədər tez artır ki, günbəgün statistikanı izləmək daha çətin olur.
Bu halda nəzərə almaq lazımdır ki, “Google+” hələ ki beta test mərhələsindədir və sosial şəbəkədə hesabı yalnız dəvət ilə əldə etmək olar. Pol Allen əlavə edib ki, əgər artım sürəti belə qalacaqsa, onda xidmət istifadəçilərinin sayı bu həftənin sonuna kimi 20 milyonu ötəcək.
“Google” şirkəti “Facebook”a rəqib olan yeni layihəsini keçən ayın sonunda elan edib. “Google+” şəbəkəsi geniş imkanlar təklif edir.




13/07/11    Çap et