Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Amazon” smartfon istehsal edəcək


“Amazon” şirkəti şəxsi brendi altında smartfon təqdim etməyə hazırlaşır. “Bloomberg”in məlumatına əsasən, smartfon “Amazon” və “Foxconn İnternational Holding” (FİH) müqavilə istehsalçısı ilə birlikdə hazırlanır.  Aparatı “TMS” biznes qrupu istehsal edəcək.

Analitiklər güman edirlər ki, “Amazon”-smartfonun əsas özəlliyi “Texas İnstrument OMAP 4” prosessoru olacaq və proqram platforması kimi “Android” əməliyyat sistemindən istifadə ediləcək.

“Amazon” rəsmiləri isə bu xəbərlərə münasibət bildirməkdən imtina ediblər. Lakin “Bloomberg”in etibarlı mənbələrə istinadən yaydığı məlumata əsasən, şirkət ciddi-cəhdlə təqdim edəcəyi smartfonların patent hüquqlarına dair hazırlıqlara da başlayıb.






RƏVAN





09/07/12    Çap et