Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mərkəzi Bank şəbəkə infrastrukturunun yaradılması üzrə tenderin qaliblərini müəyyən edib


Azərbaycan Mərkəzi Bankı (AMB) əsas inzibati binasında və ərazi idarələrində şəbəkə infrastrukturunun yaradılması üzrə tenderin qaliblərini müəyyən edib. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Tender üç lot üzrə keçirilib. Birinci lot əsas inzibati binanın və ərazi idarələrinin müasir telekommunikasiya şəbəkəsinə qoşulmasını, ikinci lot Mərkəzi Bankın binasında simsiz şəbəkənin yaradılmasını, üçüncü lot isə kompüter, server, şəbəkə avadanlıqları və proqram təminatının alınmasını nəzərdə tutur. AMB-nin Tender Komissiyasının qiymətləndirməsinə görə, birinci və üçüncü lotu "BestComp Group" şirkəti, ikinci lotu isə R.I.S.K. elmi-istehsalat şirkəti udub. Şirkətlərlə müqavilə iyulun 8-də imzalanıb.




14/07/11    Çap et