Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Nokia" şirkəti öz xərclərini azaldıb
Finlandiyanın "Nokia" şirkəti öz xərclərini il ərzində bir milyard avro azalda bilib. Bundan əlavə dünyanın ən iri mobil telefon istehsalçısı bu ilin payız ayına kimi mobil telefonun orta qiymətinin enmə tempinin azalacağını gözləyir.
"Nokia" analitiklərinin fikrincə, gələn il mobil telefon satışının rentabelliyi 12-14% olacaq. Bu, təxminən cari ilin göstəriciləri ilə bərabərdir. Qeyd edək ki, bəzi illərdə şirkətin mobil telefon satışının rentabellik göstəricisi 20 faizə çatdırılıb.
"Nokia" ümid edir ki, onun onlayn servislərinin, o cümlədən “Ovi Store” internet-mağazasının aktiv istifadəçisinin sayı bir qədər də artacaq. Hazırda bu saytlara gün ərzində təxminən bir milyona yaxın istifadəçi daxil olur.
RƏVAN
09/07/12 Çap et