Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda internetlə dövlət orqanları ilə əlaqə yaratmış müəssisələrin sayı əhəmiyyətli dərəcədə artıb


Azərbaycanda ötən il internetdən istifadə etmiş müəssisələr internetdən hakimiyyət orqanları ilə əlaqə yaratmaq (22.9 faiz), bank və maliyyə xidmətləri göstərmək (16.3 faiz), təlim və təhsil (5.4 faiz), bazarın konyukturasının öyrənilməsi (3.9 faiz) və digər məqsədlə istifadə edib.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Respublikada müəssisələrdə internetdən istifadənin məqsədləri və xarakteri ilə bağlı sorğu aparan komitədən bildirilib ki, internet vasitəsilə dövlət orqanları ilə əlaqə yaratmış müəssisələrin sayı son bir ildə əhəmiyyətli şəkildə - 1.7 dəfə artıb.

Belə ki, internetdən istifadə etməklə dövlət orqanları ilə 4163 müəssisə və ya internetə çıxışı olmuş müəssisələrin 64.7 faizi əlaqə yaradıb. Dövlət orqanları ilə əlaqələrin 29.7 faizi informasiya əldə olunması məqsədilə yaradılıb, 23.6 faizi formaların əldə edilməsi, 36.5 faizi doldurulmuş forma və sənədlərin təqdim olunması məqsədilə həyata keçirilib.

 
HƏQİQƏT





09/07/12    Çap et