Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il Azərbaycanın milli domen zonasında 3 minə yaxın domen adı qeydiyyatdan keçib
Hazırda ".az" milli domen zonasında qeydiyyatdan keçən domen adlarının sayı 14577-ə çatıb.
Builki statistik göstəricilərə nəzər saldıqda, ilin əvvəlindən hal-hazıra qədər qeydiyyata düşən domen adlarının 2904, ləğv olunanların isə 1478 ədəd təşkil etdiyini görmək olar.
"ICTnews" elektron xəbər xidməti "whois.az" elektron resursuna istinadən məlumat verir ki, ümumilikdə qeydiyyatdan keçən 14577 domen adlarının böyük əksəriyyəti(13495) ".az" domeninin payına düşür. İkinci və üçüncü mövqelərdə isə ".com.az" (627) və ".edu.info" (144) domenləri qərar tutub.
Sonrakı yerlərdə ".org.az" (84), ".net.az" ( 55), ".int.az" (44), ".pp.az" ( 42) ".co.az" (36), ".info.az"(22), ".biz.az"(14), ".name.az" (5) və ".pro.az" (4) sıralanıb. Qeyd edək ki, ".mil.az", ".samux.az", ".zaqatala.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.
CAHANGİR
09/07/12 Çap et