Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da hərbi kiberbölmə yaradıla bilər


Əqli mülkiyyətdən qanunsuz istifadə Amerika şirkətlərinə hər il 250 milyard dollara başa gəlir. İl ərzində əlavə olaraq 114 milyard dollar isə kibercinayətkarlıqla əlaqədar məsələlərə xərclənir. Dünya ictimaiyyəti hər il kibercasusluq və kibercinayətkarlıqla mübarizəyə 1 trilyon dollardan çox vəsait xərcləyir.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi qanunvericiləri kibercinayətkarlıqla mübarizə haqqında xüsusi qanun layihəsi qəbul etməyə səsləyib. Belə ki,  hazırda istifadə edilən kompyuter sistemləri təhlükəsiz deyillər. Agentliyin ekspertlərinin fikrincə, ABŞ hökuməti mükəmməl hərbi yönümlü kiberbölmə yaratmalıdır.

Məlumat üçün bildirək ki, 2011-ci il ərzində müxtəlif saytlara edilmiş kiberhücumların sayı təxminən 1.5 dəfə, ziyanverici kompyuter proqramlarının sayı isə 60 faiz artıb. Bundan əlavə, hakerlər ABŞ hökuməti üçün mühüm əhəmiyyətə malik obyektlərin kompyuter sistemlərinə 160 dəfədən çox hücum həyata keçiriblər.

Müqayisə üçün qeyd edək ki,  2009-cu ildə belə hücumların sayı 9-a bərabər idi. 2011-ci ildə “Google”, “AT&T”, “Visa”, “Stratfor” kimi iri şirkətlərin saytları, həmçinin Amerika Ticarət Palatasının portalı haker hücumlarına məruz qalıb.
 
EMİL





10/07/12    Çap et