Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələr insanların narahat hisslər keçirməsinə səbəb olur


Alimlərin yeni tədqiqat nəticələrinə əsasən, “Facebook” və “Twitter” kimi sosial şəbəkələr insanların qeyri-adekvat və narahat hisslər keçirməsinə səbəb olur. Tədqiqatda iştirak edənlərin 50 faizi bildirib ki, onların həyatı bu xidmətlərdən istifadə etməyə   başladıqdan sonra dəyişib. Bu halda demək olar ki, hamı  dəyişikliklərin yaxşı tərəfə olmadığını qeyd edib.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, respondentlərin 75 faizi qeyd edib ki, sosial şəbəkələr onların istirahətinə mane olur və gecələr yatmaq müşkül məsələyə çevrilib. 25 faiz isə qeyd edib ki, onlayn-mübahisələrdən sonra onların şəxsi həyatında və işində tez-tez problemlər yaranır.
Keçirilmiş tədqiqat nəticəsində həmçinin məlum olub ki, istifadəçilərin 53 faizinin davranışı mənfiyə doğru dəyişib.

Bu halda, “Ümumdünya hörümçək toru”nun asılılıq yaratdığı aydınlaşıb: respondentlərin 55 faizi sosial şəbəkələrə çıxış imkanının itməsi  halında özlərini narahat və diskomfort hiss etdikləri haqqında bildiriblər. Respondentlərin 60 faizi isə istirahətdən ötrü qurğularını bilərəkdən söndürməli olurlar.
Tədqiqat Britaniyanın 12 universitetinin tədqiqat bazalarında aparılıb.
 
EMİL





10/07/12    Çap et