Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əczaçılıqla məşğul olmaq istəyənlər ərizələrini internetlə verəcək


Tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması məqsədilə ərizələrin və qanunvericiliyə uyğun olaraq tələb olunan sənədlərin qəbulu artıq internet vasitəsilə də həyata keçirilir. Səhiyyə Nazirliyinin məlumatına görə,  proses “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentini 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrası məqsədinin daşıyır. Ərizələrin və tələb olunan sənədlərin internet vasitəsilə elektron qəbulu üzrə konsultativ yardım Səhiyyə Nazirliyinin ümumi şöbəsində hər həftənin çərşənbə günləri göstərilir.





10/07/12    Çap et