Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsveçlilər internetdən istifadə zamanı daha ehtiyatlıdırlar


İsveçlilər internetdən istifadə zamanı daha ehtiyatlıdırlar və bu göstərici üzrə avropalılar arasında liderdirlər. Avropa Komissiyasının himayəsi altında 27 min respondentin iştirakı ilə keçirilmiş "Yevrobarometr" tədqiqatının müəllifləri belə nəticəyə gəliblər.

“ICTnews.az” elektron xəbər xidməti  “itar-tass.com” saytına istinadən bildirir ki, krallıqdan respondentlərin 59 faizi bildirib ki, onlar şəxsi informasiyalarını internetə etibar etmirlər. Buna səbəb kibercinayətkarların “qurban”ı olmaq qorxusudur. Avropada isə ümumilikdə internet-istifadəçilərin 37 faizi oxşar qorxunu yaşayır.

Son ildə avropalıların 53 faizi internet-resurslardakı şifrələrini  dəyişməyiblər, lakin isveçlilər arasında bu göstərici 40 faiz təşkil edib.

"Bu cinayətlər internetdə bizim davranışımıza təsir edir. Biz artıq sosial şəbəkələrdə məlumatlarla az mübadilə edirik, internet vasitəsilə satınalmalardan imtina edirik. Mütəşəkkil cinayət vasitəsilə kiberməkanda böyük pul qazanılır, lakin onun vurduğu ən böyük ziyan – bu qorxudur - Avropa Komissiyasında təhlükəsizlik məsələlərinə cavabdeh olan isveçli yevrokomissar Sesiliya Malmstryom qeyd edib.
 
EMİL





10/07/12    Çap et