Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RIM” şirkəti korporativ təyyarələrindən birini satacaq


“BlackBerry” smartfonlarının istehsalçısı olan Kanadanın “RIM” (Research In Motion) şirkəti ona məxsus 2 korporativ təyyarədən birini satışa çıxarıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “RIM” şirkəti vəsaitə qənaət etmək məqsədilə 9 yerlik “Dassault Falcon 50EX” laynerini satacaq. Şirkət təyyarəni satmaqla 6-7 milyon ABŞ dolları qazanmağa ümid edir.

Təyyarənin istismarı il ərzində orta hesabla 2,1 milyon dollara başa gəlir.“RIM” şirkəti hazırda “BlackBerry 10” əməliyyat sistemini (ƏS) hazırlayır. ƏS-nin əvvəlcə 2012-ci ilin sonuna kimi hazır olacağı gözlənilirdi, lakin sonradan çıxarılma tarixi 2013-cü ilə keçirilib.





EMİL





11/07/12    Çap et