Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ledi Qaqa şəxsi sosial şəbəkəsini açıb
Pop-müğənni Ledi Qaqaya məxsus olan “Little Monsters” sosial şəbəkəsində qeydiyyat açıq olub. Bundan əvvəl sayt qapalı beta-versiya rejimində işləyirdi və ona daxil olmaq yalnız dəvət yolu ilə mümkün idi.
“ICTnews.az” elektron xəbər xidməti vesti.ru” saytına istinadən bildirir ki, sosial şəbəkə “Pinterest”, “MySpace” və “Facebook”un qarışığıdır.
O, "kiçik monstrlar" üçün (ifaçı öz pərəstişkar ordusunu belə adlandırır) ünsiyyət məkanı kimi düşünülüb. Sosial şəbəkəyə qoşulmuş şəxslər foto dərc edə, postları bəyənə, müzakirələrdə iştirak edə və Ledi Qaqanın konsertlərinə bilet ala bilərlər.
“Backplane” şirkəti layihəyə köməklik edir və onun yaradıcıları arasında müğənninin meneceri Troy Karterin adı da çəkilir. “Backplane” şirkətinin məqsədi digər məşhurlar üçün də belə saytlar yaratmaqdır.
Ledi Qaqa sosial şəbəkələrdə ən populyar şəxslərdən biridir. 2010-cu ilin avqustunda izləyicilərinin sayına görə mütləq lider olan müğənni özünü "Twitter”in kraliçası elan etmişdi. Həmin ilin oktyabrında isə o, “YouTube” videohostinqində videoçarxlarına milyard dəfə baxılmış ilk şəxs olmuşdu. İfaçı “Facebook”da 50 milyondan çox pərəstişkar ordusuna malikdir.
EMİL
11/07/12 Çap et