Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda kompyuterdən istifadə edən işçilərin yarıdan çoxunu qadınlar təşkil edir
Azərbaycanda 2012-ci ilin əvvəlinə 211.3 min və ya əvvəlki illə müqayisədə 27.3 min nəfərdən çox işçi kompyuterdən istifadə edib və onların yarısından çoxunu qadınlar təşkil edib. Kompyuter istifadəçiləri kompyuteri olmuş müəssisələrdə çalışan işçilərin orta hesabla 29.8 faizinə, fəaliyyət göstərən müəssisələrdə işləyən bütün işçilərin 18.7 faizinə bərabərdir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikada müəssisələrdə kompyuterlərdən istifadə olunması ilə bağlı sorğu aparan komitədən bildirilib ki, əvvəlki illərdə olduğu kimi, maliyyə fəaliyyəti ilə məşğul olan müəssisələrdə çalışan işçilərin daha çox hissəsi – 77.1 faizi kompyuter istifadəçisi olub. Tikinti, səhiyyə və sosial xidmət sahələrində çalışan işçilərin daha az hissəsi
kompyuterlərdən istifadə edib. Ölkə paytaxtında fəaliyyət göstərən müəssisələrdə çalışan işçilərin 22.2 faizi kompyuter istifadəçisi olmaqla, ölkə üzrə bütün istifadəçilərin 54.9 faizini təşkil edib.
HƏQİQƏT
11/07/12 Çap et