Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə maye kristal televizorların tədarük həcmi azalacaq
“NPD DisplaySearch” şirkətinin yeni proqnozuna əsasən, 2012-ci ildə maye kristal televizorların dünya bazarına tədarük həcmi 5 faiz artaraq 216 milyon ədəd təşkil edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, bundan əvvəl həmin şirkətin analitiklərinin verdiyi proqnoza əsasən, maye kristal televizorların tədarük həcmi 2012-ci ildə 230 milyon qurğu təşkil edəcək. Müqayisə üçün, 2011-ci ildə maye kristal televizorların tədarük həcmi 7 faiz artmışdı.
Bundan əlavə, 2012-ci ildə bütün tip televizorların tədarük həcmi 2011-ci illə müqayisədə 1.4 faiz azalaraq 245 milyon qurğu təşkil edəcək.
EMİL
11/07/12 Çap et